Azərbaycan Dövlət Filarmoniyası Xor Kapellasının, Dövlət Akademik Opera və Balet Teatrının və “Üns" Yaradıcılıq Səhnəsinin solisti, gənc vokalçı İlham Nəzərov dünyanın ən möhtəşəm opera səhnələrindən biri sayılan İtaliyanın Roma Opera Teatrında tamaşaya qoyulmuş dahi rus bəstəkarı Dmitri Şostakoviçin "Burun" operasında iştirak edir. Nikolay Qoqolun eyniadlı povesti əsasında yazılan operaya tanınmış alman teatr rejissoru Peter Ştayn quruluş verib. Operada iştirak etmək üçün müxtəlif ölkələrdən 35 ifaçı dəvət olunub. Onlardan yalnız İlham Nəzərov Azərbaycan vokal məktəbini təmsil edir. O, Roma Opera Teatrının səhnəsində çıxış edən ilk azərbaycanlı opera ifaçısıdır. Yanvarın 27-də operanın premyerası olub, 3 fevral tarixinədək daha 5 tamaşa nəzərdə tutulub.
   Bu, gənc vokalçının İtaliya opera səhnəsində ilk çıxışı deyil. Ötən il 38-ci Della Valle D"İtria festivalı çərçivəsində Martina Franka şəhərində C.Verdi adına teatrda tamaşaya qoyulmuş Luici Rossinin "Orfey" operasında İlham Nəzərov baş rolu uğurla ifa edib. İlham Nəzərov Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə İtaliyanın Osimo D"Arte Lirica Akademiyasında təhsil alır.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar