Gənclər və İdman Nazirliyinin Gənclər Günü münasibətilə keçirdiyi mərasimdə ötən il memarlıq, teatr, təhsil, kinematoqrafiya, ədəbiyyat, təsviri sənət sahələrində uğur qazanmış gənclər mükafatlandırılıblar.
   Təltif olunanlar arasında Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının istedadlı aktrisası Nigar Məmmədova da var. O, “2012-ci ilin ən gənc və fəal aktrisası” nominasiyası üzrə “Gənclər mükafatı” ilə təltif edilib. Gənc aktrisa bu mükafata teatr və kino sənəti sahəsində əldə etdiyi uğurlara, Azərbaycan teatr sənətini ayrı-ayrı xarici ölkələrdə keçirilən festivallarda uğurla təmsil etdiyinə görə layiq görülüb.
   Teatrın daha bir aktyoru - Vüsal Mehrəliyev isə “Teatr sahəsində qazandığı uğurlara görə” nominasiyası ilə Səbail Rayon İcra Hakimiyyətinin təsis etdiyi fəxri fərman və qiymətli hədiyyə ilə mükafatlandırılıb.
   
   Lalə Azəri







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar