Mingəçevir Dövlət Dram Teatrında türk dramaturqu Turqay Narın əsəri əsasında səhnələşdirilmiş “Zibillik” tamaşasının premyerası olub. Mehman Musabəylinin tərcüməsi əsasında hazırlanan tamaşa rejissor, Əməkdar incəsənət xadimi, mərhum Vaqif İbrahimoğlunun xatirəsinə həsr edilib.
   Birhissəli psixoloji dram əsərinin süjet xətti yuxu yozmaları əsasında qurulub.
   Əsərin baş qəhrəmanları İsrafil, Xaço və Aymələk adlı gənclərdir. Hadisələr də məhz bu gənclərin ətrafında cərəyan edir. Gənclər zibillikdə yaşayırlar. Onlar həyatda qalmaq və yaşamaq uğrunda mübarizə aparırlar. Faciəvi sonluqla bitən tamaşada rol alan gənc aktyorlar hər bir obrazın xarakterini peşəkarlıqla təqdim ediblər.
   Zövqlə tərtib edilən səhnə isə tamaşanın təsir gücünü daha da artırır. Quruluşçu rejissor Günay Səttar bildirib ki, teatrın yaradıcı heyəti bu tamaşa ilə Türkiyəyə qastrol səfərinə hazırlaşır.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar