Şimali Kipr Dövlət Teatrı yeni mövsümdə Xalq yazıçısı Elçinin əsəri əsasında səhnələşdirilmiş “Qatil” tamaşasını sənətsevərlərə təqdim edir. 
   Şimali Kipr Dövlət Teatrının müdiri Hakan Yozcu bildirib ki, azərbaycanlı rejissor Mehriban Ələkbərzadənin quruluş verdiyi tamaşa Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı və Şimali Kipr Dövlət Teatrları İdarəsi arasında imzalanmış protokol əsasında səhnələşdirilib. Tamaşada rolları kiprli aktyorlar Oya Akın, Tuyqun Töre, Yılsay Özbudak və Bilen Kılıç ifa edirlər.
   Şimali Kipr Dövlət Teatrının rejissoru Yılsay Özbudak eyni zamanda tamaşanın rejissor köməkçisidir. Gözəl səhnə effekti və musiqi tərtibatının müəllifləri olan Hüseyin Özinal və Utku Yerebakanın birgə səyləri tamaşaya xüsusi ahəng qatır.
   “Qatil” tamaşası fevralın 8-də Lefkoşadakı Atatürk Mədəniyyət Mərkəzində nümayiş etdiriləcək.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar