Şimali Kipr Dövlət Teatrında Xalq yazıçısı Elçinin əsəri əsasında səhnələşdirilmiş “Qatil” tamaşası göstərilib. Rejissor Mehriban Ələkbərzadənin quruluş verdiyi tamaşa Lefkoşadakı Atatürk Mədəniyyət Mərkəzində göstərilib və anşlaqla keçib.
   
   Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı ilə Şimali Kipr Dövlət Teatrları İdarəsi arasında imzalanmış protokol əsasında səhnələşdirilən əsərdə rolları Oya Akın, Tuyqun Töre, Yılsay Özbudak və Bilen Kılıç ifa ediblər. Şimali Kipr Dövlət Teatrının rejissoru Yılsay Özbudak tamaşanın rejissor köməkçisi olub. Hüseyin Özinal və Utku Yerebakanın tərtib etdikləri səhnə effekti və musiqi tamaşaya xüsusi ahəng qatıb.
   Səhnə əsərinə baxan Şimali Kiprin turizm, ekologiya və mədəniyyət naziri Ünal Üstün tamaşanın yerli teatrsevərlərin böyük marağına səbəb olduğunu deyib. Tamaşanı Şimali Kiprin mədəni həyatında əlamətdar hadisə kimi dəyərləndirən nazir qeyd edib ki, qardaş Azərbaycanla son illər mədəniyyət, turizm və təhsil sahələrində əməkdaşlıq inkişaf edib. Nazir yaradıcı kollektivə xatirə hədiyyələri təqdim edərək onlara uğurlar arzulayıb.
   Rejissor Mehriban Ələkbərzadə vurğulayıb ki, İstanbulda və digər şəhərlərdə böyük uğurla səhnələşdirilən “Qatil” tamaşası sosial dəyişikliklər fonunda dərin mənəvi-psixoloji reallıqları əks etdirir. Bu səbəbdən Türkiyə mətbuatında pyesin məziyyətləri haqqında geniş yazılar da dərc olunub.
   Lefkoşada Şimali Kipr Dövlət Teatrının direktoru Hakan Yozcu və Azərbaycan Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov arasında 2013-cü ildə əməkdaşlığa dair protokol da imzalanıb. Protokola əsasən, Şimali Kipr teatrında hazırlanan “Qatil” tamaşası Azərbaycanda təqdim ediləcək.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar