Səbail Rayon İcra Hakimiyyəti, Dövlət Gənc Tamaşaçılar Teatrı və ASSİTEJ-Azərbaycan Milli Mərkəzinin təşkilatçılığı ilə “Mən teatr haqqında danışmaq istəyirəm” adlı yeni layihə həyata keçiriləcək.
   Ümummilli lider Heydər Əliyevin 90, Azərbaycan peşəkar teatrının 140, Gənc Tamaşaçılar Teatrının 85 illik yubileyləri çərçivəsində təşkil olunan layihə Səbail rayon orta məktəblərində bədii qiraətçilərin baxış-müsabiqəsi ilə başlayacaq. Müsabiqənin məqsədi zəngin tarixə malik Azərbaycan teatrı, onun inkişafı, dövlətimizin sənət adamlarına göstərdiyi diqqətlə bağlı şagirdləri maarifləndirməkdir.
   “Mən teatr haqqında danışmaq istəyirəm” layihəsində hər yaş kateqoriyasından olan məktəblilər iştirak edə biləcəklər. İki mərhələdən ibarət olacaq müsabiqənin birinci mərhələsi məktəblərdə həyata keçiriləcək və martın 1-dən 28-dək davam edəcək. İkinci və yekun mərhələ aprelin 26-da Gənc Tamaşaçılar Teatrında baş tutacaq.

  Lalə Azəri







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar