Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi martın 27-dən aprelin 4-dək keçiriləcək Kolombo Beynəlxalq teatr festivalında iştirak edəcək. Uşaq və Gənclər Teatrları Beynəlxalq Assosiasiyasının (ASSİTEJ) Şri-Lanka Mərkəzinin təşkilatçılığı ilə Kolombo şəhərində keçiriləcək monotamaşalar festivalında teatrın yaradıcı heyəti Patrik Züskindin “Kontrabas” əsərini təqdim edəcək. Tamaşada Əməkdar artist, Prezident mükafatçısı, “Qızıl dərviş” mükafatı laureatı Şövqi Hüseynov çıxış edəcək.
   Festival çərçivəsində keçiriləcək beynəlxalq konfransda Gənc Tamaşaçılar Teatrının direktoru, ASSİTEJ-in Azərbaycan Milli Mərkəzinin prezidenti, Əməkdar artist Mübariz Həmidovun “Azərbaycan teatrı - 140” mövzusunda çıxışı nəzərdə tutulub.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar