Özbəkistan Dövlət Musiqili Komediya Teatrı Daşkənd vilayətinin Çirçik şəhərində dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasını təqdim edib. Anşlaqla keçən tamaşada Özbəkistanın mədəniyyət və incəsənət xadimləri, Almalık şəhərindəki diasporumuzun üzvləri iştirak ediblər.
   Özbəkistanda çox məşhur olan bu əsəri tamaşaya teatrın bədii rəhbəri və baş rejissoru Sergey Kapriyelov hazırlayıb. Baş rolları Özbəkistanın Xalq artisti Z.Solovyova, T.Kərimov, Q.Samıkova, D.Tuxtanazarov, M.İskəndərov və digər tanınmış aktyorlar ifa ediblər.
   “Arşın mal alan” ilk dəfə Özbəkistanda 1919-cu ildə Daşkənddəki “Kollizey” teatrında tamaşaya qoyulub. Həmin il Bakıdan gələn rejissor Mirzə Həbib Axundzadə Səmərqənddə yaşayan azərbaycanlılardan ibarət teatr truppası yaradıb və “Arşın mal alan” bu qədim şəhərdə də səhnələşdirilib. Əsər 1921-ci ildə Buxarada tamaşaya qoyulub, 1922-ci ildə isə Daşkənddəki “Raxat bağçası” teatrında Sidqi Ruhullanın rəhbərliyi ilə Azərbaycandan gəlmiş aktyorlar əsərə səhnə həyatı veriblər. Sonrakı illərdə “Arşın mal alan” dəfələrlə Daşkənd, Fərqanə, Buxara, Kokand, Xarəzm, Səmərqənd şəhərlərində səhnələşdirilib.
   Bu ölməz operetta bir əsrə yaxındır ki, Orta Asiyada ən məşhur tamaşa kimi səhnədən düşmür.






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar