“Mənim sevimli dəlim” ingilis dilində təqdim olunacaq
   
   Aprelin 9-13-də Londonun “Tristan Bates Theatre” teatrında Azərbaycanın Xalq yazıçısı Elçinin “Mənim sevimli dəlim” pyesi əsasında eyniadlı tamaşanın premyerası olacaq. 
   Tamaşa Britaniya paytaxtında fəaliyyət göstərən Azərbaycan cəmiyyətinin (AZICS) və ALOFF teatrının dəstəyi ilə təqdim ediləcək. Səhnə əsərində bəstəkar Məmməd Ənsarinin musiqisi səslənəcək.
   Pyesdə hadisələr 1995-ci ildə Bakıda cərəyan edir. Səhnədə müxtəlif personajların məzhəkə elementləri yer alıb. İntihara meyilli, anormal olan bu personajların hər biri öz gerçəkliyində yaşayır, lakin buna baxmayaraq, nə yollasa bir-biri ilə dil tapır. Bəs onların hansı daha sərsəmdir? Əslində, bu personajların hər biri “dəli” roluna namizəddir, amma təbii ki, bu fantaziyalar xaosuna təsadüfən düşmüş ağlı başında olan yeganə adam dəli olaraq qəbul edilir. 
   






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar