Gənc Tamaşaçılar Teatrı 85 illik yubileyi ilə bağlı layihələr həyata keçirir. Belə layihələrdən biri Səbail rayon 189 saylı orta məktəbində baş tutub. Teatrın repertuarında olan Nizami Gəncəvinin “Xeyir və Şər” tamaşasının müzakirəsinə həsr olunmuş tədbiri məktəbin ədəbiyyat müəlliməsi Təranə Rzayeva açaraq səhnə əsərinin tərbiyəvi əhəmiyyətindən bəhs edib.
   Teatrın baş redaktoru, ASSİTEJ-Azərbaycan Milli Mərkəzinin baş katibi Səriyyə İsmayılova bu cür tədbirlərin vacibliyini diqqətə çatdırıb. Teatrın ASSİTEJ-Azərbaycan Milli Mərkəzi və Səbail Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə həyata keçirəcəyi “Mən teatr haqqında danışmaq istəyirəm” layihəsi haqqında ətraflı məlumat verib.
   Teatrın aktyorları Nicat Kazımov, Təhminə Məmmədova, Elnur Hüseynov məktəblilərin suallarını cavablandırıblar. Sonda məktəblilər “Xeyir və Şər” tamaşasından parça ifa ediblər.
   
   Lalə







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar