2012-ci ildə tamaşaçılar qarşısına Leyli obrazı ilə çıxan Əməkdar artist Lalə Məmmədova martın 12, 13 və 14-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında solo konsertlə çıxış edəcək. Müğənninin sözlərinə görə, konsertin təşkili ilə bağlı təklif teatrın rəhbərliyindən gəlib: “Düşünürəm ki, yaradıcı insanın işi onun ifasından ibarət olmalıdır. Teatrın təklifi məni qane etdiyindən məmnunluqla razılıq verdim. Tamaşaçılara yeni bir xəbərim də var. İlk dəfə sizin qəzet vasitəsilə bildirmək istəyirəm ki, artıq “Aşıq Qərib”də Şahsənəm roluna da dəvət almışam. İnşallah yaz və payız aylarına bu obrazı hazırlayıb təqdim edəcəyəm. İnanıram ki, Leylini necə uğurla təhvil verdimsə, bu işin də öhdəsindən eyni dərəcədə gələcəyəm”.
Artıq 6 ildir Novruz bayramını vətəndən kənarda qeyd etdiyini deyən müğənni bu ili də xaricdə yaşayan həmyerlilərimizlə keçirməyi planlaşdırır.
Sənətçi bu il üzərində işlədiyi elmi işi də tamamlamaq niyyətindədir. Milli Konservatoriyada ingilis dilindən dərs deyən müğənni “Müasir Azərbaycan və ingilis sənətkar obrazı və cəmiyyət” mövzusunda dissertasiya yazır.