Gürcüstanlı rəssam və art-menecer Vato Seretelinin mühazirəsi maraqla qarşılanıb
Fevralın 21-də “YARAT!” Müasir İncəsənət Məkanının, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı, “Yuğ” Dövlət Teatrının texniki dəstəyi ilə rəssam, kurator və art-menecer Vato Seretelinin mühazirəsi dinlənilib.
Gürcü rəssamı bir qrup həmkarı ilə birlikdə müzakirə və təhsil əsaslı məkanı formalaşdırmaqla incəsənət sahəsində yeni təşəbbüslərin tətbiqi üzərində çalışır. 2010-cu ildə Tbilisidə Müasir İncəsənət Mərkəzi yaradılması bu təşəbbüslərdən biri olub. Vato Seretelinin mühazirəsində Müasir İncəsənət Mərkəzinin yaradılması və fəaliyyəti, gələcəkdə həyata keçiriləcək “Ofsayd effekt” layihəsinin təqdimatı da əhatə edilib. Layihə incəsənət sahəsində indiyədək həyata keçirilən təhsil proqramlarının təcrübəsi əsasında hazırlanıb və qeyri-standart yanaşması ilə diqqət çəkir.
Vato Sereteli xaricdə bir çox art-layihələrin iştirakçısı və kuratoru olub, 2009 və 2011-ci illərdə Venesiya Biennalesində Gürcüstanı təmsil edib.