Bədnam erməni faşistlərinin amansızlıqla törətdikləri soyqırımının 21-ci ildönümü Mingəçevirdə də anıldı. Mingəçevir Dövlət Dram Teatrında Sərvər Əliyevin quruluşunda hazırlanmış “Xocalıdan gələn səs” adlı ədəbi-bədii kompozisiya tamaşaçılara bir daha həmin günün ağrı-acısını yaşatdı. Ermənilərin Qarabağa köçürülmə siyasəti, onun xalqımız üçün acı fəsadları və bu fəsadların kulminasiya nöqtəsi olan Xocalı faciəsi bir kinolent kimi tamaşaçıların gözləri önündə aktyor oyunu vasitəsi ilə canlandırıldı.
   Kompozisiyanın müəyyən məqamlarda əzmkarlıq, qələbəyə inam, intiqama çağırış notlarına köklənməsi nisgili az da olsa ovundura bildi və tədbir iştirakçıları tərəfindən rəğbətlə qarşılandı.
   
   Esmira Hacıyeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar