Şuşa Dövlət Musiqili Dram Teatrı Xocalı soyqırımının 21-ci ildönümü ilə əlaqədar fevralın 16-dan 26-dək “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi və “Azərsun Holdinq” şirkətlər qrupu ilə birlikdə “Xocalım” adlı anma mərasimləri keçirib.
   Teatrın direktor müavini Azad Məmmədov bildirib ki, mərasimlər çərçivəsində Enurə Abdullayevanın “Ağ qayıq” tamaşası və “Xocalım” ədəbi-bədii kompozisiyası təqdim olunub.
   Paytaxtın 283 və 53 nömrəli orta məktəblərində, Bakı Metropolitenində “Ağ qayıq” tamaşası, Bakı Slavyan Universitetində isə “Xocalım” kompozisiyası nümayiş etdirilib.
   Teatrın yaradıcı kollektivi fevralın 25-26-da Bakı İdarəetmə Kollecində, “Azərsun Holdinq” Mədəniyyət Mərkəzində və Şuşa Musiqi Kollecində “Xocalım” ədəbi-bədii kompozisiyasını göstərib.
   







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar