Martın 1-dən 3-dək Rusiya Federasiyası Kalmık Respublikasının B.Basanqov adına Milli Dram Teatrı Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının qonağı olacaq. 
   Qastrol səfəri çərçivəsində teatrın yaradıcı heyəti uşaqlar üçün “Ağ ayın nağılı” (“Skazka beloqo mesyatsa”), böyüklər üçün isə italyan dramaturqu Karlo Qaldoninin “Mehmanxana sahibəsi” (“Traktirşitsa”) tamaşalarını təqdim edəcək.
   Müəllifi və rejissoru Rusiya Federasiyası və Kalmık Respublikasının Əməkdar incəsənət xadimi Boris Manciyev olan “Ağ ayın nağılı” tamaşasının baletmeysteri İrina Samsonova, bəstəkarı Arkadi Manciyevdir.
   İkihissəli “Mehmanxana sahibəsi” komediyasının rejissoru Kalmık Respublikasının Əməkdar incəsənət xadimi Sergey Burlaçenko, rəssamı Yelena Varova, plastika üzrə rejissoru İrina Samsonovadır.
   İki sənət ocağı arasında imzalanmış müqaviləyə əsasən, bu ilin noyabrında ölkəmizin Gənc Tamaşaçılar Teatrı 2 tamaşa ilə Kalmık Respublikasına qastrol səfərinə yola düşəcək.
   
   







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar