Moskvadakı “Dərviş-teatr” Bəxtiyar Vahabzadənin eyniadlı poeması əsasında hazırlanmış “Gülüstan” tamaşasını təqdim edib. 
   Xocalı faciəsinin 21-ci ildönümünə həsr edilmiş anım gecəsi Ümumrusiya Azərbaycanlılar Konqresinin Moskva regional bölməsinin təşkilati dəstəyi ilə keçirilib.
   “Gülüstan” poemasında Azərbaycan xalqının taleyindən, 1813-1828-ci illərdə Azərbaycan torpaqlarının Rusiya və İran arasında iki hissəyə bölünməsindən bəhs edilir.
   Poemanın səhnə təcəssümündə Xocalı sakinlərinin və bütün Azərbaycan xalqının üzləşdiyi dəhşətli sarsıntıları əks etdirən retrospektiv sənədli kadrlardan məharətlə istifadə edilib.
   Böyük şairin ölməz misraları aktyor Şirzad Pillarahinin ifasında xüsusilə faciəvi səslənərək salondakı tamaşaçıların hər birini həyəcanlandırıb.
   Moskvanın yaradıcı və işgüzar dairələrinin, Ümumrusiya Azərbaycanlılar Konqresi və Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin nümayəndələrinin izlədiyi tamaşa anşlaqla keçib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar