Martın 9-da Dövlət Gənc Tamaşaçılar Teatrında 2013-cü ilin ilk premyerası - “Qaraca qız” tamaşası nümayiş etdiriləcək. S.S.Axundovun eyniadlı əsəri əsasında hazırlanmış ikihissəli nağıl-tamaşanın quruluşçu rejissoru Xalq artisti Vaqif Əsədov, quruluşçu rəssamı Qurban Məsimov, bəstəkarı Sərdar Fərəcovdur. Rollarda əməkdar artistlər Gülər Nəbiyeva, Seyidşah Məmmədov, aktyorlar Manaf Dadaşov, Güşvər Şərifova, Simuzər Atakişiyeva, Hüsniyyə Əhmədova, Asya Atakişiyeva, Roza İbadova və başqaları çıxış edəcək.
Teatrda növbəti premyera isə martın 10-da bolqar yazıçısı Panço Pançevin eyniadlı əsəri əsasında hazırlanmış “Dörd əkizin nağılı” tamaşasıdır. Səhnə əsərinin quruluşçu rejissoru Ağalar İdrisoğlu, rəssamı Elşən Sərxanlıdır. Əsas obrazları əməkdar artistlər Naibə Allahverdiyeva, Qəmər Məmmədova, aktyorlar Günel Məmmədova, Elnur Hüseynov, Kərəm Hadızadə və başqa aktyorlar canlandıracaqlar.








Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar