Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi tərəfindən yaradılan Folklor Teatrına ikinci seçim turu başa çatıb.
Artıq 41 namizəd seçilib ki, onlardan da heyətin formalaşdırılması nəzərdə tutulur. İdarədən bildiriblər ki, teatr aktyor heyəti tam formalaşdıqdan sonra fəaliyyətə başlayacaq. Yeni teatr Vahid poeziya evinin nəzdində fəaliyyət göstərəcək. Hazırda idarənin Satira və Estrada teatrları uğurla fəaliyyət göstərir. Folklor Teatrı da yaxın günlərdə onların sırasına qoşulacaq.
Qeyd edək ki, Folklor Teatrına ilk seçim turu yanvarın 31-də, ikinci seçim turu martın 2-də keçirilib. Münsiflər heyətində Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Əlikram Əliyev, Akademik Milli Dram Teatrının ədəbi hissə müdiri Atababa Hacıbabayev, rejissor Loğman Kərimov, “Cəngi” rəqs qrupunun xoreoqrafı Aytən Bünyatova təmsil olunurlar.
Teatrın təşkilində məqsəd Azərbaycan folklor nümunələrini və adət-ənənələrini geniş tamaşaçı auditoriyasına çatdırmaq və beynəlxalq səviyyədə layiqincə təbliğ etməkdir.

Ceyhun






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar