Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı “Soyqırımı abidəsinin dastanı” tamaşasını Türkiyənin İğdır şəhərində nümayiş etdirib.
Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin dəstəyi, Əsassız Erməni İddiaları ilə Mübarizə Dərnəyi və İğdır Universitetinin dəvəti ilə İğdıra gələn teatrın truppası qardaş ölkədə böyük rəğbətlə qarşılanıb.
Türkiyə Böyük Millət Məclisinin deputatı Sinan Oğan, İğdır Universitetinin rəhbərliyi və valiliyin əməkdaşları İğdır Mədəniyyət Mərkəzində göstərilən tamaşanı izləyənlər arasında olublar.
Zehni Papakçının qələmə aldığı və İftixar Piriyevin quruluş verdiyi ikipərdəli səhnə əsərində ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri qətliamlardan bəhs olunur.
Tamaşanın sonunda aktyorlar Türkiyə-Azərbaycan qardaşlığının sarsılmaz olduğunu göstərərək, dövlət bayraqları ilə səhnəyə çıxıblar.