103-cü mövsümünü yaşayan Azərbaycan Dövlət Musiqili Komediya Teatrında gənc və istedadlı kadrların cəlb edilməsinə xüsusi diqqət yetirilir. Son vaxtlar kollektivə daha çox yaradıcı gənclər dəvət olunub. Onların arasında aktyorlar, rejissorlar, balet artistləri, rəssamlar, yeni müəlliflər, dirijorlar, ifaçılar, musiqiçilər və texniki işçilər var. Bu istiqamətdə daha bir müsabiqəyə yekun vurulub və aktyor heyətinə, xor və balet kollektivlərinə ümidverici gənclərin seçilməsinə imkan yaradılıb.
   Teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev bildirib ki, heyətdə əsaslı dəyişikliklər etmək üçün belə müsabiqənin keçirilməsi vacibdir. Biz istəyirik ki, istedadlı gənclərə yol açaq. Bu, binası yenicə təmirdən çıxacaq teatr üçün xüsusilə vacibdir. İstər yaradıcı qrup, istərsə də texniki heyət üçün geniş iş şəraiti yaradılır. Bizim öhdəmizə isə həm aktyor, həm də orkestr, xor və balet heyətlərinin tərkibini möhkəmlətmək, repertuarı zənginləşdirmək düşür. Keçirilən müsabiqə də bu məqsədə xidmət edib.
   Müsabiqənin qalibləri arasında Mədəniyyət və İncəsənət Universitetinin, Bakı Musiqi Akademiyasının, İncəsənət Gimnaziyasının, Gəncə Dövlət Universitetinin tələbələri də var. Əlif Cahangirov aktyor, Sadiq Məlikov, Nazənin Qurbanova, Fatma Əhmədova, Rəfael Əliyev, Rəna Süleymanova, Rəmail Bayramlı xor, Cavid Babayev isə balet heyətlərinə qəbul edilib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar