Qafqaz Universitetinin mədəniyyət şöbəsinin dram dərnəyi Xalq şairi Bəxtiyar Vahabzadənin “Özümüzü kəsən qılınc” əsərini səhnələşdirib. Əsər Dövlət Gənc Tamaşaçılar Teatrında nümayiş olunub.
   Əsər qədim türk xalqlarının tarixi keçmişini, zəngin dövlətçilik ənənələrini özündə əks etdirir. Burada türklərin minillik tarixi keçmişindən söz açılsa da, şair minilliklər əvvəl baş verən hadisələrə yeni təfəkkürlə yanaşıb, başımıza gələn faciələri və onları doğuran səbəbləri açıb göstərib.
   Səhnə əsərinə sənətşünaslıq üzrə fəlsəfə doktoru Zəminə Axundova quruluş verib.
   Böyük şairin türk birliyinə səsləyən ideyalarını məharətlə çatdıran gənc aktyorların oyunu tamaşaçılar tərəfindən maraqla qarşılanıb.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar