“Mən həmişə teatra bağlı olmuşam. Bu, ötəri hiss deyildir. İçimdən gələn bir məhəbbətdir”
Aprelin 22-də Azərbaycan Teatr Xadimləri İttifaqında ümummilli liderin 90 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və teatr” mövzusunda elmi-praktik konfrans keçirildi. İştirakçılar əvvəlcə ulu öndər Heydər Əliyevin teatr və mədəniyyət xadimləri ilə görüşlərini əks etdirən fotosərgi ilə tanış oldular.
ATXİ-nin sədri, Xalq artisti, professor Azərpaşa Nemətov tədbiri açaraq ümummilli liderin Azərbaycan mədəniyyətinin mühüm sahələrindən olan teatrın inkişafında misilsiz xidmətlərindən, sənət adamlarına böyük diqqət və qayğısından danışdı.
Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor Məryəm Əlizadə “Heydər Əliyev və Azərbaycan teatrı” mövzusunda maraqlı məruzə ilə çıxış etdi. O, çıxışında ulu öndərin teatr haqqında dəyərli fikirlərini xatırlatdı: “Teatr müqəddəs yerdir. İnsanların mənəvi cəhətdən formalaşmasında teatr həmişə çox böyük rol oynamışdır. Mən həmişə teatra bağlı olmuşam. Bu, ötəri hiss deyildir. İçimdən gələn bir məhəbbətdir. Teatrı çox sevirəm. İncəsənətin, o cümlədən kino və teatrın təsiri və tərbiyə qüvvəsi çox böyükdür. Bu qüvvədən bacarıqla istifadə etmək həmişə vacibdir”.
Məryəm Əlizadə qeyd etdi ki, Heydər Əliyevin teatra gəlişi, səhnə arxasında yaradıcı heyətlə görüşü bir qayda olaraq televiziya vasitəsilə xalqa çatdırılırdı: “Böyük həvəs, maraq və heyrətlə bu görüşlərə baxırdım, Heydər Əliyevin sənət haqqında fikirləri, yeri gələndə dramaturqa, rejissora və aktyorlara xoş sözlərlə bərabər haqlı irad tutması da o qədər obyektiv, professional səviyyədə tutarlı olurdu ki, mən bir teatrşünas kimi heyranlığımı gizlədə bilmirdim. Heydər Əliyev doğrudan da fenomen bir şəxsiyyət idi. Çox vaxt Heydər Əliyevi Mustafa Kamal Atatürklə müqayisə edir, onların ruhən bir-birinə yaxın olduqlarını deyirlər. Bu yerdə mən Mustafa Kamalın bir tamaşadan sonra səhnə arxasına keçib aktyorlarla görüşünü və onu müşayiət edən məmurlara dediyi sözləri xatırladım: “Əfəndilər, onu bilin ki, hər biriniz nazir, millət vəkili ola bilərsiniz, hətta cumhurbaşqanı da ola bilərsiniz. Amma sənətçi ola bilməzsiniz. Gəlin, həyatını bu müqəddəs işə qurban vermiş insanları sevək!”
Heydər Əliyev də həyatı boyu sənət adamlarını yüksək qiymətləndirdi. O deyirdi: “Teatr və incəsənət sahəsində çalışanlar çox fədakar insanlardır. Səhnədə onlara baxanda çox vaxt qayğısız, xoşbəxt insan kimi görünürlər, həmişə şəndirlər. Ancaq onların həyatının səhnə arxasında necə olmasını çoxları bilmir, heç təsəvvürlərinə də gətirmir. Mən bunları bilirəm. Ona görə də incəsənət adamlarını cəmiyyətdə çox yüksək tuturam. Xalqımız öz incəsənətini, mədəniyyətini, ədəbiyyatını inkişaf etdirib və bütün bunların üzərində indi müstəqil Azərbaycan Respublikası vardır”.
M.Əlizadə qeyd etdi ki, ulu öndərin bu sözləri mədəniyyət və incəsənətimizin böyük hamisi, fenomen şəxsiyyət Heydər Əliyevin teatr sənətinə verdiyi yüksək qiyməti bütün parlaqlığı ilə əks etdirir. Bildirildi ki, 1969-cu ildən, ulu öndərin respublikamıza rəhbərlik etdiyi dövrdən başlayaraq Azərbaycan teatrının həyatında coşqunluq hiss olunmağa başlamışdır. Görkəmli sənət adamlarının yubileylərinin təntənəli şəkildə qeyd olunması, forma, məzmun və üslub etibarilə müxtəlif zəngin və rəngarəng müsabiqələrin təşkili müntəzəm xarakter almışdır. Ümummilli lider daim respublikamızda mədəniyyət ocaqlarının açılış mərasimində, müxtəlif teatr tamaşalarının premyerasında iştirak etmiş, sənət adamları ilə görüşərək onların problemləri ilə maraqlanmışdır. Ümummilli liderin teatr ocaqlarına gəlişi, teatr kollektivlərini yeni-yeni yaradıcılığa səsləmiş, teatrlarımızın repertuarlarını zənginləşmişdir.
Professor Məryəm Əlizadə məruzəsini bu sözlərlə bitirdi: “Ümummilli liderimizin ölməz ideyaları bu gün də yaşayır, bu gün də bizim yol göstərənimizdir. Həyatımızın elə bir sahəsi yoxdur ki, orada Heydər Əliyev zəkasının izi görünməmiş olsun. Bu gün böyük öndər Heydər Əliyevin ideyalarını yaşadan və onu layiqincə həyata keçirən möhtərəm Prezidentimiz İlham Əliyev cənabları Azərbaycan teatrının inkişafı üçün əlindən gələni əsirgəmir. Bunun ən parlaq nümunəsi Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 18 may tarixli “Azərbaycan teatrı 2009-2019-cu illərdə” adlı Dövlət Proqramıdır. Bu, Azərbaycan teatrının zəngin bədii irsinin və yaradıcılıq ənənələrinin qorunmasına, ümumbəşəri və milli dəyərlərin təbliğinə, dünya mədəniyyətinə inteqrasiyasına xidmət edən çox dəyərli bir fəaliyyət proqramıdır”.
Konfransda sənətşünaslıq doktoru, professor İlham Rəhimli, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru, professor İsrafil İsrafilov, Xalq artisti Ramiz Məlikov, Gənc Tamaşaçılar Teatrının baş rejissoru, Əməkdar incəsənət xadimi Bəhram Osmanov, Rus Dram Teatrının ədəbi hissə müdiri, Əməkdar mədəniyyət işçisi Valentina Reznikova, Xalq artisti Hacı İsmayılov çıxış edərək ulu öndər Heydər Əliyevin Azərbaycan mədəniyyətinə və incəsənətinə göstərdiyi misilsiz qayğı və diqqətdən danışdılar, onunla bağlı ən xoş, ən səmimi xatirələrini bölüşdülər.
Sonda Heydər Əliyevin çox sevdiyi bir musiqi əsəri - SSRİ Xalq artisti Müslüm Maqomayevin ifasında “Azərbaycan” mahnısı səsləndirildi.
Təranə Vahid