Naxçıvan Dövlət Universitetinin nəzdindəki tələbə teatr studiyasının qədim yunan dramaturqu Esxilin əsəri əsasında səhnələşdirdiyi “Zəncirlənmiş Prometey” tamaşasının premyerası olub.
   
   Tamaşadan öncə universitetin rektoru, akademik İsa Həbibbəyli çıxış edərək Azərbaycanın zəngin teatr tarixindən danışıb. Qeyd edib ki, ölkə Prezidentinin “Azərbaycanda peşəkar milli teatrın yaradılmasının 140 illiyinin qeyd olunması”, “Milli Teatr Günü”nün təsis edilməsi” haqqında 1 mart 2013-cü il tarixli sərəncamları milli mədəniyyətin, teatr sənətinin inkişafına göstərilən diqqət və qayğının bariz ifadəsidir. Rektor tələbə teatr studiyasının fəaliyyəti, səhnələşdirilən tamaşanın ideya-bədii xüsusiyyətlərindən bəhs edib.
   Sonra tamaşaya baxış olub. Qədim yunan mifologiyası əsasında yazılmış əsər akademik İ.Həbibbəylinin elmi məsləhətçiliyi ilə səhnəyə vəsiqə qazanıb. Tamaşanın rejissorları studiyanın rəhbəri, universitetin kafedra müdiri, Azərbaycanın Əməkdar mədəniyyət işçisi Gülxarə Əhmədova və aktyorluq sənəti ixtisası üzrə müəllim Tofiq Seyidov, musiqi tərtibatçıları Tofiq Seyidov və Elnur Rzayevdir.
   
   Fariz Yunisli







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar