Rusiyanın Simferopol şəhərinin Rus-Tatar Akademik Musiqili Dram Teatrının hazırladığı Üzeyir Hacıbəylinin «Arşın mal alan» operettasının premyerası olacaq. Krımın azərbaycanlı icmasının rəhbəri Rəhim Hümbətovun dediyinə görə, tamaşa Novosibirsk Dövlət Teatr İnstitutunun aktyorluq və rejissorluq kafedrasının dosenti Anatoli Axreyevin yaradıcı işidir.
   Tamaşaçılar «Arşın mal alan»ı Barnaulda keçirilən «Addım» II teatr festivalı çərçivəsində mayın 6-dan etibarən Altay Dövlət Musiqili Komediya Teatrının kiçik səhnəsində görəcəklər. Bu il 100 illik yubileyi qeyd olunacaq operetta indiyədək dünyanın bir çox ölkələrində tamaşaya qoyulub.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar