Martın 15-də Akademik Opera və Balet Teatrında italyan bəstəkarı Coakkino Rossininin “Sevilya bərbəri” operasının tamaşası keçiriləcək. Tamaşada əsas partiyalardan birini - Almavivanı ifa etmək üçün Ukrayna Milli Operasının aparıcı solisti, bu ölkənin Əməkdar artisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Nikolay Şulyak dəvət olunub. Ukraynalı vokalçı dünyanın bir sıra ölkələrində - Almaniya, Avstriya, Norveç, Finlandiya, İtaliya, Çin, Əlcəzair və s. qastrol səfərlərində olub.
Səhnə əsərində milli operamızın aparıcı solistləri - xalq artistləri Əvəz Abdullayev (Fiqaro), Əli Əsgərov (Bazilio), əməkdar artistlər İnarə Babayeva (Rozina), Əkrəm Poladov (Doktor Bartolo), Səbinə Əsədova (Berta) və başqaları çıxış edəcəklər.
Tamaşanı gənc dirijor Əyyub Quliyev idarə edəcək.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar