Martın 18-də Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində teatr xadimi və təşkilatçısı Həsən Mirzəyevin 100 illik yubileyi münasibətilə xatirə gecəsi keçirildi.

Tədbiri teatrşünas Aydın Talıbzadə açaraq sənətkarın ömür yolundan danışdı. Bildirildi ki, 1914-cü ildə İrəvan şəhərində anadan olan Həsən Mirzəyev Bakı Teatr Texnikumunun rejissor və aktyorluq bölməsini bitirib. Bir sıra teatrlarda aktyor kimi fəaliyyət göstərib. Müxtəlif teatrlarda bədii-quruluş hissə müdiri vəzifəsində çalışıb. Gözəl ailə başçısı olub. Unudulmaz aktrisa, Əməkdar artist Ətayə Əliyeva onun həyat yoldaşı olub. Ətayə xanım teatr və kinoda maraqlı obrazlar yaradırdısa, filmlərin səsləndirilməsində Həsən Mirzəyevin öz yeri var.
Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Azər Paşa Nemətov, Xalq artisti Rafiq Əzimov, professor İlham Rəhimli, teatrşünas Yaqub Əlioğlu, Salman Mümtaz adına Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin direktoru Maarif Teymur, Əməkdar incəsənət xadimi Məhərrəm Bədirzadə və başqaları çıxışlarında görkəmli sənətkarla bağlı xatirələrini bölüşdülər.
Daha sonra Həsən Mirzəyevin həyat və yaradıcılığını əks etdirən fotolardan ibarət videoçarx nümayiş olundu.
Sonda sənətkarın oğlu, rejissor, Xalq artisti Ramiz Həsənoğlu çıxış edərək tədbir iştirakçılarına dərin təşəkkürünü bildirdi.

Savalan Fərəcov







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar