Martın 15-də Yuğ Dövlət Teatrında gənc yazıçı Ülviyyə Heydərovanın “Sükut” adlı hekayəsi əsasında hazırlanan “Yad.Daş” tamaşanın premyerası olub. Teatrın direktoru Tərlan Rəsulovun hazırladığı tamaşada Azərbaycanda ilk dəfə “Verbatim teatrı”nın (“sənədli teatr” ilə də tanınır, aktyorlar canlı, real personajların dialoq və monoloqlarından istifadə edirlər) üslubuna aid elementlər işlədilib. Xocalı mövzusunda yazılan hekayənin səhnə həlli tamaşaçını faciənin şahidləri ilə görüşdürüb. Birhissəli tamaşanın quruluşçu rəssamı Umay Həsənova, geyim üzrə rəssamı Leyla Əliyeva, rejissor assistenti Kamal Ərtoğruldur. Rolları gənc aktyorlar Amid Qasımov, Könül Cəfərzadə, Emil Məlikov və Elgün Həmidov oynayıblar.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar