Beynəlxalq teatr əlaqələrinin qurulmasına önəm verən Azərbaycan Dövlət Musiqili Teatrı məşhur tacik rejissorunun quruluşunda Molla Nəsrəddini səhnəyə gətirəcək.
Tacikistanın Xalq artisti, Qırğızıstanın Əməkdar incəsənət xadimi Sultan Usmanov teatrda özbək dramaturqu İbrahim Sadıqovun “Molla Nəsrəddinin beş arvadı” komediyasını səhnələşdirəcək.
Sultan Usmanov Düşənbədəki S.Aini adına Opera və Balet Teatrında, V.Mayakovski adına Rus Dram Teatrında və Vahidov adına Gənclər Teatrında baş rejissor kimi fəaliyyət göstərib, 70-dək opera, musiqili tamaşa və dram əsərlərinə quruluş verib. Son illərdə Qazaxıstan, Qırğızıstan, Özbəkistan və İranın müxtəlif teatrlarında tamaşalar hazırlayıb. Onun tamaşaları həmçinin Moskva və Sankt-Peterburq teatrlarının səhnələrində uğurla nümayiş etdirilir.








Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar