2-8 iyun tarixində Rusiya Federasiyası Tatarıstan Respublikasının Kazan şəhərində “Novruz” III Beynəlxalq Teatr Festival-Forumu keçiriləcək. Teatr xadimlərini, sənətşünasları bir araya gətirən tədbirin budəfəki mövzusu “Ritual teatr hərəkatının əsası kimi” adlanır. Forumda beş əsas istiqamət üzrə - aktyor sənəti və tətbiqi rejissura, rejissor sənəti, səhnəqrafiya və musiqili teatr nəzəriyyəsi, teatr sosiologiyası, menecment, piar, qanunvericilik, kukla teatrı sənəti, teatr tənqidi - seminarlar, ustad dərsləri və mühazirələr keçiriləcək. Tədbirdə müxtəlif ölkələrdən (Kolumbiya, Almaniya, Yunanıstan, Fransa və s.) teatr sənəti və menecment üzrə aparıcı mütəxəssislər çıxış edəcək. Foruma Azərbaycandan sənətşünaslıq üzrə fəlsəfə doktoru, teatrşünas Aydın Talıbzadə də dəvət alıb. Teatrşünas tədbirdə “İslam mədəniyyətində teatrallıq” mövzusunda seminar keçirəcək.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar