119-cu mövsümünü yaşayan Cəfər Cabbarlı adına Gəncə Dövlət Dram Teatrının kollektivi yeni tamaşalar hazırlayır. Hazırda teatrda Marat Haqverdiyevin əsəri əsasında “Üç dəniz əfsanəsi” tamaşasının məşqləri gedir. Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Ramiz Vəliyev, quruluşçu rəssamı Vahab Cəfərov, video və musiqi tərtibatı Yusif Cəfərova məxsusdur.
Səhnə əsəri Azərbaycanın neft strategiyasından, Bakı-Tbilisi-Ceyhan boru kəmərinin reallaşması zamanı baş verən hadisələrdən bəhs edir. Tamaşada xroniki sənədli film canlı aktyor oyunu ilə sintez olunacaq.
Gəncə Dram Teatrı digər teatrların rejissorları ilə də əməkdaşlıq edir. Bu mövsüm təhvil verilməsi planlaşdırılan Nodar Dumbadzenin “Ağ bayraqlar” əsərinə quruluş vermək üçün Gürcüstandakı Azərbaycan teatrında fəaliyyət göstərən rejissor Namiq Hacıyev dəvət olunub. Aziz Nesinin “Bursa gəlin”i isə Şəki Dövlət Dram teatrının rejissoru Mirbala Səlimli tərəfindən səhnələşdiriləcək. Teatr Xalq yazıçısı İlyas Əfəndiyevin 100 illik yubileyi ilə bağlı ədibin “Unutmaq istəyirəm” pyesini səhnələşdirəcək. Əsərə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru, Əməkdar incəsənət xadimi Bəhram Osmanov quruluş verəcək.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar