Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru İsrafilov İsrafilovun dəvəti ilə məşhur yunanıstanlı rejissor Teodoros Terzopulos Bakıda səfərdə olub. Teatrın mətbuat xidmətindən bildiriblər ki, əldə olunan razılığa əsasən, cari ilin sonlarında rejissor bu sənət ocağının səhnəsində Sofoklun “Antiqona” faciəsinə quruluş verəcək.
Səfəri zamanı hazırlayacağı səhnə əsərinin detallarını müzakirə edən rejissor Milli Dram Teatrında gənc rejissor, aktyor və teatrşünaslarla da görüşüb, onları maraqlandıran sualları cavablandırıb. O, Bakıya növbəti səfəri zamanı tamaşa üçün kastinq keçirmək, eləcə də seminar və ustad dərsləri təşkil etmək fikrindədir. Teodoros Terzopulos 1981-1983-cü illərdə Şimali Yunanıstan Dövlət Teatrının Dram məktəbinin rəhbəri olub. 1985-ci ildə Afinada Attis Teatrını, 1990-cı ildə Aralıq dənizi ölkələri teatrlarının beynəlxalq institutunu yaradıb. 1993-cü ildən Teatr Olimpiadası Beynəlxalq Komitəsinin prezidentidir. Rejissorun bir çox tamaşası nüfuzlu mükafatlara layiq görülüb. O, Avropa teatrında antik faciə üzrə ən yaxşı mütəxəssis hesab olunur.








Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar