Akademik Milli Dram Teatrında “Kitabi-Dədə Qorqud” eposu əsasında səhnələşdirilən “İlahi oyun” tamaşasına ictimai baxış keçirilib.
Tamaşanın quruluşçu rejissoru Mikayıl Mikayılov, quruluşçu rəssam Mustafa Mustafayev fərqli düşüncə forması və ənənəvi olmayan səhnə əsəri hazırlayıblar.
Tamaşanın iştirakçıları Ozan-ata (Əməkdar artist Vidadi Həsənov), Ozan-ana (Nigar Güləhmədova), Ozan-oğul (Əməkdar artist Pərviz Məmmədrzayev) və Kut (Novruz Novruzlu) müxtəlif qəhrəmanları ifa edirlər. Azərbaycan xalq ədəbiyyatının ən qədim abidəsi olan “Kitabi-Dədə Qorqud”un gənc rejissor tərəfindən işlənmiş “Dirsə xan oğlu Buğacın boyu”nun məşhur hadisələri dünənin həqiqətlərindən qidalanaraq (qopuz və qavalın sədalarının müntəzəm iştirakı ilə), bu günün görüntüsündən çıxış edərək (iştirakçıların yanaşması) fərqli bir formada təqdim olunur.
Aprelin 17-də teatrda “İlahi oyun”un premyerası keçiriləcək.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar