Aprelin 26-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli italyan bəstəkarı Cüzeppe Verdinin “Aida” operasının tamaşası keçiriləcək.
Dünya opera sənətinin ən populyar əsərlərindən biri olan bu opera artıq uzun illərdir ki, teatrın repertuarındadır və tamaşaçılar onu hər dəfə fərqli ifalarda seyr edirlər.
Budəfəki tamaşada əsas rolları teatrın gənc solistləri - Çinarə Şirin (Aida), Əməkdar artist Səbinə Vahabzadə (Amneris), Anton Ferştandt (Ramfis) və başqaları ifa edəcəklər. Teatrın mətbuat xidmətindən verilən məlumata görə, tamaşada azərbaycanlı vokal ustaları ilə yanaşı, Gürcüstandan dəvət edilmiş solistlər - bu ölkənin Xalq artisti Teymuraz Ququşvili və Əməkdar artist, Vokalçıların Bülbül adına II beynəlxalq müsabiqəsinin laureatı Sulxan Qvelesiani (Amonasro) də çıxış edəcəklər. Tamaşanı Azərbaycanın Xalq artisti, professor Cavanşir Cəfərov idarə edəcək.
“Aida” operasının budəfəki tamaşası görkəmli müğənni, SSRİ Xalq artisti Lütfiyar İmanovun 85 illiyinə həsr olunub. Unudulmaz sənətkar teatrın səhnəsində uzun illər bu tamaşada Radames partiyasını ifa edib.








Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar