M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı Tacikistanın paytaxtı Düşənbədə keçirilən “Kuklaların fantaziyası” IV beynəlxalq kukla teatrları festivalında iştirak edir. Festivala İran, Rusiya, Qazaxıstan, Qırğızıstan və başqa ölkələrin də kukla teatrlarının kollektivləri qatılıb.
Festivalda kollektiv dahi bəstəkar Üzeyir Hacıbəylinin “Arşın mal alan” tamaşasını göstərəcək. Tamaşanın quruluşçu rejissoru Xalq artisti Yasəmən Ramazanova, quruluşçu rəssamı Rəfael Qədimovdur.
Düşənbə festivalı iki ildən bir keçirilir. Naxçıvan teatrı 2010 və 2012-ci illərdə də festivalda çıxış edib.








Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar