Aprelin 22-də Rusiya Federasiyasının Çuvaş Respublikasında beynəlxalq balet festivalı başlayıb. Bu il 18-ci dəfə keçirilən festival böyük Azərbaycan bəstəkarı Fikrət Əmirovun “Min bir gecə” baletinin nümayişi ilə açılıb.
Azərbaycan bəstəkarının dünyaca məşhur əsərinin Çeboksarı şəhərindəki Çuvaş Dövlət Opera və Balet Teatrında premyerası baletmeyster və librettonun müəllifi David Avdışin, quruluşçu rəssam Anna Ustinovanın təqdimatında böyük anşlaqla baş tutub. Yerli mətbuatın yazdığına görə, səhnəyə ən böyük gül səbətləri Çuvaş Respublikasının rəhbəri Mixail İqnatyevin və regionun Azərbaycan diasporunun adından gətirilib.
Aprelin 24-də Fikrət Əmirovun “Min bir gecə” baleti festival çərçivəsində təkrar nümayiş etdirilib. Festivalın proqramına Corc Bayronun eyniadlı poeması əsasında səhnələşdirilmiş “Korsar”, Pyotr Çaykovskinin “Sonalar gölü” tamaşaları da daxildir.








Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar