Azərbaycan Dövlət Musiqili Teatrında Emin Sabitoğlu və Tamara Vəliyevanın “Bankir adaxlı” tamaşası bərpa edilir. Teatrın mətbuat xidmətindən bildiriblər ki, tamaşanın ilk premyerası 2000-ci ildə Faiq Zöhrabovun quruluşunda olmuşdur. Həmin quruluşda Xalq artisti Hacıbaba Bağırov (Atakişi), daha sonralar Xalq artisti İlham Namiq Kamal, Əməkdar artist Xanım Qafarova (Məleykə), Gülcahan Salamova (Gülbikə), Ofelya Əfqanlı (Səmayə), Gülnar Salmanova (Maral), Lütfiyyə Səfərova (Ceyran), Fatma Mahmudova (Ağuçu), Novruz Qartal (Dilənçilər padşahı) və digər aktyorlar oynamışlar.
Dörd illik fasilədən sonra tamaşanın bərpası Xalq artisti Afaq Bəşirqızına həvalə olunub. “Bankir adaxlı”nın vaxtilə teatrın ən çox sevilən, anşlaqla keçən səhnə əsərlərindən biri olduğunu deyən Xalq artisti seyrçilərin retro tamaşalara bu gün maraq göstərdiklərini vurğulayıb: “Bərpa zərurətini yaradan digər faktor mənim ikiillik fasilədən sonra yenidən səhnəyə qayıtmağımdır”.
Afaq Bəşirqızı əlavə edib ki, tamaşanın bərpası həm quruluş, həm yaradıcı heyətin tərkibi, həm də rol bölgüsü ilə fərqlənəcək.
“Bankir adaxlı”da bu dəfə Əməkdar artist Çingiz Əhmədov, aktyorlardan Məhərrəm Qurbanov, Elnarə Nağdəliyeva, Gülnarə Abdullayeva, Rəsmiyyə Nurməmmədova, Gülçöhrə Abdullayeva, Əliməmməd Novruzov və başqaları rol alıb.
Premyerası mayın 24-nə planlaşdırılan tamaşanın dirijoru Fəxrəddin Atayev, konsertmeysteri Zülfiyyə Sadıxova, rejissor assistenti Elməddin Dadaşovdur.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar