Mayın 14-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında “Məhəbbət tanqosu” baletinin premyerası olacaq. Teatrın mətbuat xidmətindən verilən məlumata görə, tamaşanın quruluşçu baletmeysteri Rusiyanın Xalq artisti Liliya Sabitovadır. Baletmeyster böyük sevgi və nifrət, sevimli qadına sahib olmaq uğrunda mübarizə, amansız intiqamdan bəhs edən xoreoqrafik dram yaradıb. Bütün bu hadisələr alovlu və coşqun tanqo stilində təqdim ediləcək.
Əsas partiyaları Azərbaycanın xalq artistləri Kamilla Hüseynova, Gülağası Mirzəyev, Əməkdar artist Samir Səmədov və Veronika Arazova ifa edəcəklər. Yeni baletin baxımlı kostyum və dekorasiyaları, gözəl musiqisi və zəngin xoreoqrafiyası, heç şübhəsiz ki, tamaşaçılar tərəfindən bəyəniləcək.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar