Azərbaycan Dövlət Musiqili Teatrında “Qızıl toy” operettası yenidən səhnələşdirilir.
Teatrın mətbuat xidmətindən bildiriblər ki, libretto müəllifi Ramiz Heydər, bəstəkarı Oqtay Kazımi olan əsərə ilk səhnə həyatını 1980-ci ildə rejissor Rafiq Atakişiyev verib. İkinci quruluşun müəllifi isə 1996-cı ildə Yusif Əkbərov olub.
1980-ci ildəki quruluşda Nəsibə Zeynalova (Ballı), Xanlar Muradov (Rəhim), Səyavuş Aslan, Atabala Səfərov (Qədir) və başqaları oynayıblar. 1996-cı ildəki quruluşunda isə Ema Məlikova, Səmayə Musayeva (Ballı), Möylə Mirzəliyev, Xanlar Muradov (Rəhim), Bəhram Əliyev, Nadir Xasıyev (Azər) və digər aktyorlar rol alıblar.
Yeni tamaşanın quruluşçu rejissoru yenə Yusif Əkbərovdur. O, tamaşa haqqında düşüncələrini bölüşərək deyib: “Əsər də, tamaşa da müasir zaman üçün aktualdır. Əsərin əsas qayəsində Vətənə məhəbbət dayanır. Tamaşada da bunu insanlara aşılamağa çalışırıq”.
Tamaşanın quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu rəssamı Vüsal Rəhim, geyim üzrə rəssamı Gülnarə İbadova, quruluşçu baletmeysterləri Zakir Ağayev və Yelena Ağayeva, dirijoru Fəxrəddin Atayev, xormeysteri Vaqif Məstanov, konsertmeysteri Nərminə Əbdürrəhmanova, rejissor assistenti isə Tamilla Aslanovadır.
Rollarda əməkdar artistlər Nahidə Orucova, Ema Məlikova (Ballı), Çingiz Əhmədov, Əkbər Əlizadə (Qədir), aktyorlar - Əzizağa Əzizov (Rəhim), Gültac Əlili, Türkel Şabanova (Aygün), Elvin Əliyev, Şaban Cəfərov (Azər), Yuliya Heydərova (Əcnəbi qız), Əliməmməd Novruzov, Ruslan Mürsəlov, Elməddin Dadaşov (Turist oğlan), Svetlana Bulax (Turist qadın), Gülnarə Abdullayeva, Gülnarə Əzizova (Züzü) iştirak edirlər.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar