Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası (BMA) nəzdində məktəb-studiyanın uşaq musiqi teatrı Soltan Hacıbəyovun anadan olmasının 95 illiyi münasibətilə tamaşalar hazırlayıb. Tamaşalar mayın 26-da BMA-nın böyük salonunda göstəriləcək.
BMA-nın rektoru Fərhad Bədəlbəylinin və məktəb-studiyanın bədii rəhbəri Tərlan Seyidovun təşəbbüsü ilə “İsgəndər və çoban” uşaq operasının və “Üzeyir Hacıbəylinin sistemi üzrə ladları öyrənir və ifa edirik” teatrlaşdırılmış tamaşanın premyerası olacaq.
“İsgəndər və çoban” Soltan Hacıbəyovun hələ tələbəlik illərində bəstələdiyi əsərdir. Opera Nizami Gəncəvinin “İsgəndərnamə” poemasının ikinci hissəsi olan “İqbalnamə”nin əvvəlindəki iki novella əsasında yazılıb.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar