Mayın 24-də Akademik Opera və Balet Teatrında görkəmli italyan bəstəkarı Cüzeppe Verdinin “Trubadur” operasının tamaşası olacaq. 160 ildən artıqdır ki, dünya opera teatrlarının repertuarını bəzəyən əsər Azərbaycan Opera və Balet Teatrında 2005-ci ildə səhnəyə qoyulub. Budəfəki tamaşada Leonora partiyasını teatrın gənc və istedadlı vokalçısı Afaq Abbasova, Azuçena rolunu Əməkdar artist Səbinə Vahabzadə, Manriko rolunu isə Fərid Əliyev ifa edəcək.
Azərbaycanlı sənətçilərlə yanaşı, əsas partiyalardan biri olan Qraf di Luna rolunda çıxış etmək üçün Ukrayna Milli Operasının aparıcı solisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Mixail Qrişin dəvət edilib. Tamaşanın dirijoru beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyevdir.

Həmidə








Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar