Dövlət Rus Dram Teatrında premyera

Xalq yazıçısı İlyas Əfəndiyevin “Büllur sarayda” pyesi Azərbaycan Dövlət Rus Dram Teatrında tamaşaya qoyulub. Tamaşanın premyerası mayın 30-da keçiriləcək. Mayın 29-da “İnterfaks-Azərbaycan” informasiya agentliyində premyeraya həsr olunmuş mətbuat konfransı keçirilib.
Rus Dram Teatrının baş rejissoru, Xalq artisti Aleksandr Şarovski tamaşanın sənət ocağının həyatında çox əhəmiyyətli bir hadisə olduğunu vurğulayıb: “İlyas Əfəndiyevin əsərləri həmişə aktualdır. “Büllur sarayda” belə bir əbədi suala cavab axtarır: əhəmiyyətli olan nədir? Mənəviyyat, yoxsa maddiyyat? Müəllif müxtəlif personajlardan ibarət maraqlı qalereya yaratmağa müvəffəq olub”.
Qeyd olunub ki, dekorasiya üzrə rəssamlar Səkinə Zeynalova və Aleksandr Fyodorov, geyim üzrə rəssam Olqa Abbasova tamaşanı baxımlı etmək üçün gözəl fon yaradıblar. Aktrisa Həcər Ağayeva bildirib ki, pyesdə Aynur rolunu ifa etmək onun üçün böyük məsuliyyətdir.
Mədəniyyət və Turizm Nazirliyinin sifarişi əsasında səhnələşdirilən tamaşa İlyas Əfəndiyevin anadan olmasının 100 illiyinə həsr edilib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar