Qazax Dövlət Dram Teatrında Əli Əmirlinin “Kişi və qadın” komediyasının məşqlərinə start verilib. Dramaturgiyanın əbədi mövzularından olan kişi və qadın münasibətlərindən bəhs edən lirik komediyanın quruluşçu rejissoru Xalq artisti Zülfüqar Abbasov, rəssamı Səyyad Məmmədovdur. Əsas rollarda teatrın aparıcı aktyorlarından Hacı Hacıyev, Xanım Məmmədova, Zəmanə Orucova və Nazilə Məmmədova məşğuldurlar. Baş rollardan birini teatrın direktoru Saqif İskəndərov ifa edir. Əsər müəllifinin verdiyi məlumata görə, “Kişi və qadın”ın ilk tamaşası cari teatr mövsümünün sonuna nəzərdə tutulur.

Həmidə







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar