İyunun 15-də Opera və Balet Teatrında dahi Üzeyir Hacıbəylinin “Əsli və Kərəm” operasının növbəti tamaşası keçiriləcək. Uzun fasilədən sonra 2013-cü ildə teatrda yeni quruluşda səhnəyə qoyulan tamaşanın budəfəki nümayişində Əsli partiyasını teatrın solisti, Əməkdar artist Gülüstan Əliyeva ifa edəcək. Qeyd edək ki, müğənni indiyədək “Leyli və Məcnun” (Leyli), “Arşın mal alan” (Xala), “O olmasın, bu olsun” (Qulluqçu Sənəm), “Gəlin qayası” (Sənəm xanım) və s. tamaşalarda uğurla çıxış edib. “Əsli və Kərəm”də onun tərəf-müqabili teatrın gənc solisti Elnur Zeynalovdur.
Həmçinin Xalq artisti Şahlar Quliyev (Keşiş), əməkdar artistlər Sabir Əliyev (Şah), Nizami Bağırov (Paşa) və başqaları səhnəyə çıxacaqlar. Tamaşanı Əməkdar incəsənət xadimi Sevil Hacıyeva idarə edəcək.








Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar