Azərbaycan Dövlət Musiqili Teatrı bölgələrə növbəti qastrol səfərinə hazırlaşır. Teatrın mətbuat xidmətindən bildiriblər ki, iyunun 11-də Xaçmaz, 12-də isə Quba şəhərlərində Süleyman Ələsgərovun və İsi Məlikzadənin “Hərənin öz ulduzu” tamaşası nümayiş olunacaq.
Səhnə əsərində əsas rolları Xalq artisti Fatma Mahmudova, Əməkdar artist Novruz Əliyev, aktyorlardan Gülcahan Salamova, Möylə Mirzəyev, Elçin İmanov, Elxan İsmayılov, Rəsmiyyə Nurməmmədova və Nigar Qarayeva ifa edəcəklər.
Tamaşalar Heydər Əliyev adına Xaçmaz şəhər və Bəşir Səfəroğlu adına Quba rayon mədəniyyət evlərində təqdim olunacaq.