Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında üç yeni tamaşanın məşqlərinə start verilib. İngilis dramaturqu U.Şekspirin “III Riçard” pyesi əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova, quruluşçu rəssamı Stanislav Benediktov (Moskva), xoreoqrafı Sergey Qrisaydır (Sankt-Peterburq).
Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanan tamaşada rolları xalq artistləri Yasin Qarayev, Ağaxan Salmanlı, əməkdar artistlər Gülər Nəbiyeva, Qəmər Məmmədova, Leyli Vəliyeva, Nəsibə Eldarova, Rahib Əliyev, Şövqi Hüseynov, Elşən Rüstəmov, Nofəl Vəliyev, Seyidşah Məmmədov, Vahid Əliyev və başqaları ifa edəcəklər.
Sərvər Əliyevin narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq problemindən bəhs edən “Şeytan ailəsi” əsərinin quruluşçu rejissoru Ayla Osmanova, quruluşçu rəssamı Elşən Sərxanoğludur. Səhnə əsəri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı Mədəniyyət və Turizm Nazirliyinin tədbirlər planına uyğun olaraq hazırlanır. Əsas rolları Əməkdar artist Nübar Novruzova, aktyorlar Rəzzaq Məmmədov, Vüsal Mehrəliyev, Zülfiyyə Alhüseynova, Səbinə Məmmədova, Manaf Dadaşov və Anar Seyfullayev oynayacaqlar.
Növbəti tamaşa teatrın azyaşlı tamaşaçıları üçün nəzərdə tutulub. Pərvin Nurəliyevanın “Qoğalın nağılı” pyesi əsasında hazırlanan eyniadlı tamaşaya Əməkdar artist Nicat Kazımov quruluş verir. Quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatçısı İradə Muradovadır. Tamaşada Günel Məmmədova, Zülfiyyə Alhüseynova, Roza İbadova, Anar Seyfullayev, Araz Pirimov, Ramil Məmmədov, Müşfiq Əliyev, Eşqin Quliyev əsas rolları canlandıracaqlar.
Hər üç yeni tamaşa yeni mövsümdə tamaşaçıların ixtiyarına veriləcək.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar