Noyabrın 19-dan 26-dək Belarusun paytaxtı Minskdə Gənclərin II Beynəlxalq Teatr Forumu keçiriləcək. Forum keçmiş sovet ölkələrini əhatə edir.
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının kollektivi noyabrın 19-da forumda “İlahi oyun” tamaşasını göstərəcək. Səhnə əsəri “Kitabi-Dədə Qorqud” eposunun “Dirsə xan oğlu Buğac xanın boyu” əsasında hazırlanan etnomüzikldir.
Rejissor Mikayıl Mikayılovun quruluş verdiyi tamaşa Yanka Kupala adına Belarus Milli Akademik Teatrının səhnəsində göstəriləcək.
Səhnə əsərinin qayəsindən söz açan rejissor deyib: “Biz oğuz tayfalarının danışdığı qədim dilin ahəngini saxlamaq istədik, bu səbəbdən də tamaşada orijinal dil səslənir. Aktyorların məharəti sayəsində biz etnomüzikli yarada bildik, bu da tamaşaya müəyyən müasir çalarlar verir”.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar