UNESCO tərəfindən “Üzv dövlətlərin fəaliyyəti ilə bağlı 2016-2017-ci illər üçün İştirak Proqramı” elan olunmuşdur.
Proqrama əsasən, üzv dövlətlər tərəfindən milli, regional və subregional əsasda yeni layihələrin irəli sürülməsi və layihələrin icrasına 26 min ABŞ dolları məbləğinə qədər maliyyə vəsaitinin ayrılması nəzərdə tutulmuşdur. Layihələr UNESCO-nun fəaliyyət göstərdiyi prioritet sahələr üzrə olmalıdır.
Layihələrin UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasına təqdim edilməsi üçün son tarix 15 iyul 2016-cı ildir.
Daha ətraflı məlumat proqramın rəsmi internet səhifəsindən əldə oluna bilər: