“British Council”in müstəqil teatr qrupu ADO Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) “SABAH” qrupu tələbələri ilə əməkdaşlıq əsasında kiçik teatr kollektivləri və teatr fakültəsi tələbələri üçün tədris proqramına başlayır.
ADMİU-nun tələbələri üçün təşkil olunmuş ustad dərsləri Britaniyanın Rouz Bruford kollecinin əməkdaşları Niam Daulinq və İrina Braunun rəhbərliyi altında keçiriləcək. Dərslər fəaliyyətdə olan teatr mütəxəssisləri, rejissor və aktyor ixtisası tələbələri üçün nəzərdə tutulub.
“British Council”dən bildirilib ki, improvizə teatrı Şekspirin əsərlərində əsas mövzuları önə çəkir və yaradıcı mühitdə nümayiş etdirir. Qrup Şekspirin pyeslərindəki monoloqlardan istifadə edəcək.
Qeyd olunan layihə dahi şair və dramaturq Uilyam Şekspirin vəfatının 400 illiyi ilə əlaqədar olaraq həyata keçirilən qlobal tədbirlər proqramı -“Shakespeare Lives” (“Şekspir yaşayır”) festivalı çərçivəsində həyata keçirilir.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar