Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının kollektivi Cəlil Məmmədquluzadənin “Anamın kitabı” əsərinin tamaşası ilə Şamaxıda çıxış edib.
Tamaşanın əsas ideyası Vətənə, xalqa, ana dilinə sadiq olmağa çağırışdır. "Anamın kitabı" tamaşası yüksək ideyasına və dərin məzmununa görə böyük tərbiyəvi əhəmiyyət daşıyır.
Səhnə əsərinin quruluşçu rejissoru H.Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrının baş rejissoru, Əməkdar artist Firudin Məhərrəmov, quruluşçu rəssamı Ülviyyə Zərbəliyeva, musiqi tərtibatçısı Həmid Kazımzadədir.
Rolları əməkdar artistlər İradə Həsənova (Zəhra bəyim), Sevinc Əliyeva (Zivər xanım), Ayşad Məmmədov (Rüstəm bəy), Kazım Həsənquliyev (Mirzə Məhəmmədəli), Aslan Şirin (Səməd Vahid), Mirzə Ağabəyli (Mirzə Zeynal), Firuz Xudaverdiyev (Məşədi Cəfər, Hambal), aktyorlar Anar Heybətov (Aslan bəy), Hikmət Rəhimov (Mirzə Baxşəli), Ramin Şıxəliyev (Hüseyn Şahid), Şəhla Əliqızı (Gülbahar), Elnar Qarayev (Qənbər), Rövşən (Mirzə Həsən), Vüsal Mustafayev (Teymur bəy), Rəşad Bəxtiyarov (Senzor) ifa edirlər.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar