“Uzuncorab Peppi”nin məşqləri başlanacaq

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında isveçli rejissor Roni Danielsonla görüş keçirilib. Yeni beynəlxalq layihə çərçivəsində keçirilmiş görüşdə görkəmli İsveç dramaturqu Astrid Lindqrenin “Uzuncorab Peppi” əsəri əsasında tamaşa hazırlanması müzakirə edilib. İsveçli rejissor görüşdən əvvəl müəllifin başqa bir əsərini - “Balaca və damda yaşayan Karlson” tamaşasını izləyib.
Teatrın direktoru, Əməkdar artist Mübariz Həmidov qonağa Azərbaycan teatrı haqqında ətraflı məlumat verib, bu sahədə baş verən yeniliklərdən danışıb.
Tamaşada iştirak edən aktyorlara maraqlı ifalarına görə təşəkkür edən rejissor bildirib ki, A.Lindqren “Uzuncorab Peppi” romanını 1944-cü ildə qələmə alaraq qızına hədiyyə edib. Əsər anasını itirmiş, atası uzaqlarda - dənizdə işləyən gənc, yalqız və müstəqil Peppinin şən və macəralı həyatından bəhs edir. Qeyd edək ki, tamaşanın məşqlərinə yaxın günlərdə start veriləcək.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar